суббота, 2 марта 2013 г.

real madrid son dovrlerde


2000-ci ildən sonra Real Madrid dünyadakı bütün tanınmış futbol ulduzlarını çox yüksək qiymətlə transfer edərək Qalaktikos ləqəbi almışdır. Əvvəllər olduğu kimi Raul GonzalezFernando Hierro öz kaynaklarından yıldızlarını yetiştirme bacarığı hələ də davam edərkən bu oyunçular əvvəlki sezonda ən çox ulduzu parıldayan oyunçuların hansı şərtlər altında olursa olsun takviye edilməsi də klassik vəziyyətə gəldi. Roberto KarlosDavor SukerClarence Seedorf və Steve McManaman ilə başlayan bu transferlər seriyası FC Barcelonadan Luis Figonun astronomik qiymətə alınmasıyla davam etmişdir. Bundan sonra hər il bir ya da iki üst sıra ulduz transferi, Zinédine ZidaneRonaldoDavid BeckhamMichael Owen və Robinho kimi adlarla davam etməkdədir.
Son dəfə 2006-2007 için ulduzlar transfer olunmuşdur. Frank Ribery, Fabio Cannavaro, Cristiano Ronaldo, Cesc Fabregas kimi 2006 Dünya kubokunda uğurlu oyunlar alınarkən ulduzlar üçün astronomik qiymətlər təklif edilir.Real Madridin son transferi Xorvatiyalı Luka Modriçdir.O, Real Madridə 30 min funtsterlinqə transfer olunmuşdur

real madridin barcelona ile reqabeti

Real Madrid ilə Barselona arasındakı rəqabət bütün dünyada izlənilir. Bu rəqabət diktator Francisco Franco dövründə Barselonatərəfdarlarının Real Madridi Kralın komandası olmaqda günahlandırmaqla başlamışdır. İspaniya hökumətinə yaxın Real Madrid ilə Katalan Barcelona tərəfdarları arasındakı bu rəqabət, iki komanda arasındakı oyunlardan futbolçu transferinə qədər hər yerdə gedir. Ümumiyyətlə bu iki klub arasında gedən qarşıdurma ispan və katalon xalqının arasında gedən müharibə kimi qələmə verilir. Real Madrid bu müharibədə əzəli rəqibindən üstündü. Statistikaya əsasən tam əminliklə demək olarkı bu amansız mübarizədə Kral Klubu öz əzəli rəqibindən üstün olub. Real Madrid bü üstünlüyü indiki dövrə qədər qoruya bilib. Bu üstünlüyü qorumaq nə hər bir Real Madrid forması geyinən oyunçunun borcudur. Real Madridin Barselona ilə qarşıdurması həmişə katalon mətbuatı tərəfindən tənqid atəşinə tutulub. Onların fikrincə Real Madrid əksər oyunlarda qeyri-qanuni yollarla qələbə qazanıb. Amma Madrid mətbuatının da öz həmkarlarına əla cavab vermək imkanı var. Çünki çətin ki, Avropada 9 dəfə Çempionlar Liqasını qazanmış bir klub İspaniyada öz rəqibləri ilə bacarmasın. Kral Klubu ən şərəfli tarixə malik olan Avropa əjdahasıdır. Hər il dünyada 150-dən çox telekanal Real Madrid-Barselona oyununu canlandırır. Bu oyuna dünyanın bütün qitələrində baxılır. Bu iki klub arasında gedən rəqabət futbol deyilən böyük idman növünün məhv olmasına qədər davam edəcək və həmişə amansızlıq, düşmənçilik prinsiplərində keçiriləcək.

real madridin UGURLARI


Real Madrid nəinki İspaniyada həm də bütün Avropada ən güclü klublardan biridir. Həm La Liga-da həm də Uefa Çempionlar Liqasında ən çox kubok qazanmış klub Real Madriddi. Kral Klubu 31 dəfə İspaniya çempionu, 9 dəfə Uefa Çempionlar Liqasının qalibi olmuşdur.
Avropa Çempion Klublar Kubokunun qurulmasında ilk addım atan komanda oldu və bu kubokun qurulması ilə birlikdə 5 sezon dalbadal bu kuboku alaraq bir daha əldə edilməsi imkansız olan rekorda sahib oldular. Dünyda heç kim inanmaz ki, bir daha hansısa klub ardıcıl olaraq 5 dəfə Çempionlar Liqası kubokuna sahib olsun. O zaman Real Madrid Alfredo di StefanoGento və Ferenc Puskas kimi dahi futbolçuların oynadığı əfsanəvi heyətə malik olmuşdur. İspaniya Liqası kimi çətin bir liqada 32 dəfə çempionluq əldə etməklə statistik olaraq keçirilmiş hər 2 sezonda 1 dəfə çempion olmuşdur. Real Madrid tarixi ərzidnə Heç vaxt La Liganı tərk etməmişdir.

real madridin tarixi


Madridin Real klubu 1902-ci ildə qurulmuşdur. 1928-ci ildə qurulan İspaniya liqasında heç vaxt aşağı liqaya düşməmişdir. Orijinal adıSociedad Madrid Foot Ball Club olmuş, ancaq Kral XIII Alfonso tərəfindən verilən ad nəticəsində adın əvvəlində Real (kralla əlaqəli) sözü artırılmışdır.
Geydikləri ağ formalara görə Los Merengues (ağlar) ləqəbi ilə də tanınmışlar. Stadionları Santiaqo Bernabeu 1947-ci ildə açılmışdır.Bu stadion komandanın ilk prezidentinin adına qoyulmuşdur.

azerbaycanin vikipediyasi


Azərbaycan və ya rəsmi Azərbaycan Respublikası — Cənubi Qafqazda dövlət, Xəzər dənizi hövzəsində yerləşir. Şimaldan Rusiya(Dağıstan)[8]Gürcüstan, qərbdən Ermənistan və Türkiyə, və cənubdan İran ilə həmsərhəddir.[9] Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan ərazisinin bir hissəsi Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20 faizini təşkil edir.[10]
1918-ci ilin 28 may günü müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 30 avqust 1991-ci ildə SSRİ tərkibində müttəfiq respublika statusunda olan Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" deklarasiya, 18 oktyabr 1991-ci il tarixində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında", Konstitusiya Aktı qəbul etdi. Bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır.
Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik azərbaycan çoxluğuna sahib ölkədir. Azərbaycan yeddi müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti vardır, 38 beynəlxalq təşkilatın üzvüdür.
Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan BMT-nin yeni yaradılan insan haqları komitəsinə üzv seçilib. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMTATƏTAvropa Şurası və NATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.

Ismayillinin faydali qazintilari


Faydalı qazıntıları

Rayonun mineral xammal ehtiyatları içərisində əsas yeri tikinti materialları tutur. Çayların gətirmə konuslarında, alçaq dağlıq zonasında çınqıl, qum, gil, gillicə və vulkan külü yataqları vardır. Bu ehtiyatlar əsasənda rayon ərazisində dəmir-beton, kərpic, keramit, sement, keramzit və sairə tikinti materialları istehsal olunur. Bu yataqlarda ehtiyatların çox da böyük olmaması əhalinin tikinti sahəsində tələbatlarını tam ödəmir. Bundan başqa Dityallı kəndi yaxınlığında yanar şist yataqları, müxtəlif ərazilərdə müalicə əhəmiyyətli gillər, Tircan kəndi yaxınlığında (Qabandağın dərəsində) gülabi yataqları, Mədən dərəsi adlanan Təzəkənd kəndi ərazisində mişar daşı, Talıstan və Diyallı kəndləri arasında böyük həcmdə mərmər yataqları, Cülyan-Həftəsiyab kəndləri ətrafında təbii yanar qaz yataqlarının olması ehtimal olunur. Rayonda betonit gillərinin bir neçə yatağının olması aşkar olunmuşdur. Rayon ərazisində həmçinin təbii mineral su bulaqları mövcuddur. Böyük Qafqazın cənub yamaclarından süzülüb gələn bu sular, əsasən Bədo, Həftəsiyab, Diyallı, Namazgah, Lahıc, Gəndo və s. kəndlərində yerləşir. Kimyəvi tərkibinə görə hidrokarbonatlı, sulfatlı, natriumlu, kalsiumlu, maqneziumlu sular tipinə mənsubdur. Dünya şöhrətli alimlərdən M. Ə. Qaşqay və Ə. H. Əsgərov İsmayıllı rayonunun mineral sularının müalicə əhəmiyyətini yüksək qiymətləndirmişlər. Məşhur mineroloq Bertmenson 1884-cü ildə "Xaricdə və Rusiyada olan mədən müalicə suları" adlı elmi əsərində Zərgəran və Lahıc yaxınlığındakı digər mineral suların əhəmiyyətini xüsusi qeyd etmişdir. Tərkibində müxtəlif minerallar olan bu sular böyük müalicə əhəmiyyətinə malikdir. Bu suların müxtəlif çeşidlərdə qablara doldurularaq, rayonda və rayondan kənarlarda satışı təşkil edilmişdir. Hər il bu ərazilərə Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən yüzlərlə turist istirahətə gəlir. Bu bulaqların əsasında rayonda istirahət evləri və sanatoriyalar təşkil edilməsi rekreasiya ehtiyatlarından istifadəni daha yüksək səviyyəyə qaldıra bilər.

ismayillinin relyefi


Relyefi

İsmayıllı rayonu əsasən Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan Həftəran vadisində yerləşir. Rayonun ərazisində ən yüksək zirvələr Baş Suayrıcı silsiləsində Babadağ zirvəsi (3629 m), Əsəddağ (3471 m), Qaraburğa (3345 m), Şahnəzərdağ (2874 m) və Qəmçə dağıdır (2139 m.). Baş Suayrıcı silsiləsinə paralel olaraq cənubda Qovdağ silsiləsi (Qovdağ zirvəsi 2437 m) və Niyaldağ silsiləsi (Yelligədik zirvəsi – 2322 m) yerləşir. Orta dağlıqda Lahıc və Müdrü dağarası çökəklikləri geniş sahə tutur. Relyef Girdimançay dərəsindən şərqə alçalaraq Şamaxı-Qobustan yaylasına keçir.