суббота, 2 марта 2013 г.

real madridin barcelona ile reqabeti

Real Madrid ilə Barselona arasındakı rəqabət bütün dünyada izlənilir. Bu rəqabət diktator Francisco Franco dövründə Barselonatərəfdarlarının Real Madridi Kralın komandası olmaqda günahlandırmaqla başlamışdır. İspaniya hökumətinə yaxın Real Madrid ilə Katalan Barcelona tərəfdarları arasındakı bu rəqabət, iki komanda arasındakı oyunlardan futbolçu transferinə qədər hər yerdə gedir. Ümumiyyətlə bu iki klub arasında gedən qarşıdurma ispan və katalon xalqının arasında gedən müharibə kimi qələmə verilir. Real Madrid bu müharibədə əzəli rəqibindən üstündü. Statistikaya əsasən tam əminliklə demək olarkı bu amansız mübarizədə Kral Klubu öz əzəli rəqibindən üstün olub. Real Madrid bü üstünlüyü indiki dövrə qədər qoruya bilib. Bu üstünlüyü qorumaq nə hər bir Real Madrid forması geyinən oyunçunun borcudur. Real Madridin Barselona ilə qarşıdurması həmişə katalon mətbuatı tərəfindən tənqid atəşinə tutulub. Onların fikrincə Real Madrid əksər oyunlarda qeyri-qanuni yollarla qələbə qazanıb. Amma Madrid mətbuatının da öz həmkarlarına əla cavab vermək imkanı var. Çünki çətin ki, Avropada 9 dəfə Çempionlar Liqasını qazanmış bir klub İspaniyada öz rəqibləri ilə bacarmasın. Kral Klubu ən şərəfli tarixə malik olan Avropa əjdahasıdır. Hər il dünyada 150-dən çox telekanal Real Madrid-Barselona oyununu canlandırır. Bu oyuna dünyanın bütün qitələrində baxılır. Bu iki klub arasında gedən rəqabət futbol deyilən böyük idman növünün məhv olmasına qədər davam edəcək və həmişə amansızlıq, düşmənçilik prinsiplərində keçiriləcək.

Комментариев нет:

Отправить комментарий